Qatarda yanğın

Qatarda yanğın baş veribsə:

- yanğın barədə dərhal bələdçini xəbərdar edin, “112” qaynar xəttinə məlumat verin;

- mümkündürsə, yanğını ilkin odsöndürücü vasitələr və ya hər hansı qalın parça materialı, su və s. ilə söndürməyə çalışın;

- küləyin alovu gücləndirməməsi üçün pəncərələri bağlayın;

- xəbərdar etmək və ya yanğını söndürmək mümkün olmadıqda, stop-kran vasitəsilə qatarı dayandırın;

- təşviş və çaxnaşma yaratmadan qatarın gedişi istiqamətində hərəkət edərək yanan vaqondan digərinə keçin;

- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun; 

- qatar dayandıqdan sonra qapı və ya pəncərələr vasitəsilə onu tərk edin. Hərəkətdə olan qatardan tullanmaq təhlükəlidir!

- təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.

 

Əyninizdəki geyim yanırsa:

- qaçmayın (bu, alovu gücləndirəcək);

- yanan geyimi tez əyninizdən çıxarın;

- su, qum, torpaq, qar tökərək, yaxud qalın parça ilə alovun üstünü möhkəm örtərək onu söndürməyə çalışın;

- geyimi çıxara bilmədikdə, yerə uzanın və

alov sönənədək döşəmə (torpaq) üzərində firlanın.

 

Başqasının geyimi əynində yanırsa:

-ona qaçmağa mane olun;

- yanan geyimini çıxarmağa kömək edin;

- geyimi çıxara bilmədikdə, zərərçəkmişi yerə yıxın və su, qum, torpaq, qar tökərək, yaxud qalın parça ilə alovun üstünü möhkəm örtərək onu söndürməyə çalışın. Bu zaman zərərçəkmişin başını açıq saxlayın ki, tüstüdən zəhərlənməsin;

- zərərçəkmişə ilkin yardım göstərin və təcili yardım çağırın.