Odsöndürücü balondan istifadə qaydaları

-odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlardan istifadə edildiyini öyrənin;

- qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir;

- tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə edilir;

- köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir;

- balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;

- istifadə zamanı balondan  xarakterik səs eşidilir;

- odsöndürücü balondan istifadə etmək üçün:

- onun üstündəki plastik möhürü qırın;

- balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;

- təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;

- dəstəyi yavaş-yavaş sıxın;

- lüləni yuxarı-aşağı,  sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.