Bayram tədbirlərində yanğın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi-video 

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarını bilmək vacibdir:

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

 

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi-video 

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi

Yeni il Bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına riayət etmək vacibdir:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;

- küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;

- ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;

- küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!

 Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:

- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıq tam söndürülməməli;

- şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.