Avtomobildə yanğın baş veribsə:
- avtomobili dərhal dayandırın və mühərriki söndürün;
- avtomobili tərk edin, sərnişinlərinizi avtomobildən düşürün, “112” qaynar xəttinə məlumat verin;
- heç bir halda yanan avtomobilə minməyin;
-mümkündürsə, ilkin odsöndürücü vasitələrlə və ya hər hansı qalın parça materialı, torpaq, qum və s. ilə yanğını söndürməyə çalışın;
- yanğın mühərrik bölməsindən başlayıbsa və hələ geniş yayılmayıbsa, kapotu ehtiyatla açın və yanğını söndürməyə çalışın;
- yanğın güclüdürsə, onu özünüz söndürməyə çalışmayın. Bu zaman təhlükəsiz məsafəyə (ən azı 10 metr) çəkilin.