Sərnişin avtobusunda yanğın baş veribsə:
- yanğın haqqında sürücünü dərhal xəbərdar edin və “112” qaynar xəttinə məlumat verin;
- yanan avtobusu mümkün qədər tez tərk edib ondan uzaqlaşın;
- qəza çıxış düyməsini basaraq, qapıları açmağa çalışın. Əgər qapılar açılmırsa, çəkicdən və ya hər hansı bərk əşyadan istifadə edərək pəncərəni sındırmaqla avtobusdan çıxmağa çalışın;
- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;
-təxliyyə zamanı uşaqlar, ahıllar və köməyə ehtiyacı olan digər insanlara yardım edin.