- təhlükə yarandıqda və təxliyyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin;
- hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;
- evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın;
- vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın;
- ev heyvanlarını sərbəst buraxın;
- korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;
- evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalın;
- gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verin;
- xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;
- su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz;
- suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;
- yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan yapışın (avtomobil şini, taxta əşya və s.);
- suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin.