Voleybol yarışının qalibi Ordubad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası olub (foto)

...

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında voleybol yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və kollektiv ruhun gücləndirilməsi olub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda iştirakçılar yüksək əzmkarlıq və komanda ruhu nümayiş etdirərək qələbə uğrunda mübarizə aparıblar.

Yekun nəticələrə əsasən, Ordubad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası birinci, Mülki müdafiə alayının komandası ikinci, Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası isə üçüncü yeri tutub. Qalib komandalara fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, bu cür idman tədbirləri əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi, fiziki hazırlığın artırılması və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.