Yarışın keçirilməsində əsas məqsəd əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği, fiziki hazırlığın artırılması, kollektiv ruhun gücləndirilməsi olub. Naxçıvan şəhər və rayon yanğından mühafizə hissələrini təmsil edən komandalar arasında keçirilən qarşılaşmalar gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.
Yarış boyunca iştirakçılar yüksək əzmkarlıq nümayiş etdirərək qələbə uğrunda mübarizə aparıblar. Sonda ən yaxşı nəticə göstərən komandalar müəyyən edilərək müvafiq qaydada mükafatlandırılıblar.
Bu cür idman tədbirləri əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsinə, fiziki və mənəvi hazırlığın artırılmasına mühüm töhfə verir.