Şərur rayonunun Yuxarı Daşarx kəndində baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Yuxarı Daşarx kəndində ot bağlamalarında yanğının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Yanğın hadisə nəticəsində 895 kq ot bağlaması yanıb, 1105 kq ot bağlaması yanğından mühafizə edilib.