Şərur rayonunun Maxta kəndi yaxınlığında yerləşən zibil poliqonunda baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Maxta kəndi yaxınlığında yerləşən zibil poliqonunda yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində 5 ha sahədə məişət tullantıları yanıb.