Sərgi-satış yarmarkası ilə tanışlıq olub

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olub.

 “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində keçirilən sərgi-satış yarmarkasına 300-dən artıq müəllifin 10 mindən artıq əl işi çıxarılıb. Yarmarka xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılması məqsədinə xidmət edir.