Həftə ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və yerli icra nümayəndəliklərinin iştirakı ilə Babək və Şərur Rayon İcra Hakimiyyətlərində “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda birgə tədbirlər keçirilib.