Şahbuz və Kəngərli rayonlarında baş verən yanğınlar söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kəndində həyətyanı sahədə, Kəngərli rayon Yurdçu kəndində isə ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Şahbuz və Kəngərli Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Şahbuz rayonda yanğın hadisəsi nəticəsində 20 m² quru otluq sahə yanıb, 580 m² sahə yanğından mühafizə olunub. Kəngərli rayonuda isə 2040 kq ot bağlaması və tayanın üzərinə qurulan 42 m² sahəsi olan çardağın yanar konstruksiyaları yanıb, 510 kq ot bağlaması isə yanğından mühafizə olunub.