Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Şahbuz şəhəri Bakı küçəsində vətəndaşa məxsus həyətyanı sahədə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şahbuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 100 m² quru otluq sahə yanıb, 20 m² sahə və yaxınlıqdakı fərdi yaşayış evi yanğından mühafizə edilib.