Şahbuz, Sədərək və Şərurda baş verən yanğınlar söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz şəhərində həyatyanı, Sədərək rayonu Dəmirçi kəndində quru otlaq, Şərur rayonu Aşağı Daşarx kəndində isə biçilmiş taxıl sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Şahbuz, Sədərək və Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.