Şahbuz rayonu Biçənək kəndində 2 fərdi yaşayış evində baş verən yanğın söndürlülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Biçənək kəndində 2 fərdi yaşayış evində yanğının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində zirzəmi ilə birlikdə ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları içərsində olan əşyalarla birlikdə və digər ikimərtəbəli fərdi yaşayış evinin isə bir otağı və dam örtüyün yanar konstruksiyaları yanıb.

Havanın küləkli olmasına baxmayaraq yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və digər fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.