Şərur və Babək rayonlarında baş verən yanğınlar söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Qorçulu, Kosacan kəndlərində biçilmiş taxıl sahələrində, Babək rayonu Məmmədrza Dizə, Şərur rayonu Ələkli kəndlərində həyətyanı sahələrdə və Şərur rayonunda transformatorda yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Şərur və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qorçulu kəndində yanğın hadisə nəticəsində 1000 m² yoncalıq sahə yanğından mühafizə olunub. Məmmədrza Dizə kəndində 100 m² quru otluq sahə yanıb, 100 m² həyətyanı sahə yanğından mühafizə olunub. Ələkli kəndəki hadisə nəticəsində 700 m² quru otluq sahə yanıb, 1000 m² sahə yanğından mühafizə olunub. Kosacan kəndində isə 1000 m² biçilmiş taxıl sahəsi yanıb, 3000 m² sahə isə yanğından mühafizə olunub.