Şərur rayonunda baş verən yanğınlar söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot tayasında, Yuxarı Daşarx kəndində isə quru otluq sahəsində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1500 m² quru otluq sahə, 3600 kg ot bağlaması yanıb, 1500 m² sahə və 7200 kg ot bağlaması yanğından mühafizə olunub.

Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.