Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qazanxanaların istismarı zamanı tələb olunan təhlükəsizlik qaydalarına riayət edilməsi, qazanxanalarda ehtimal olunan texnogen mənşəli fövqəladə hadisələr və fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görüləcək qabaqlayıcı tədbirlər” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsinin sahə rəisləri, qazanxanalarda işləyən operatorlar və digər cavabdeh vəzifəli şəxslər iştirak edib.
Seminar-müşavirənin keçirilməsində məqsəd isə Naxçıvan şəhəri ərazisində ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılan fərdi və mərkəzləşdirilmiş qazanxana sistemlərində baş verə biləcək partlayış və yanğın hadisələrinin qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub.