Ordubad, Şərur, Babək, Culfa və Kəngərli rayonlarında sahibkarlar maarifləndirilib

...

Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu ilə bağlı keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əməkdaşı Həbib Kərimov çıxışlar edərək sahibkarları maarifləndirib.

 

Ölkə başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı barədə iştirakçılara ətraflı məlumat verib.

 

Tədbirlərdə sözügedən Fərmanın tikinti sahəsində təhlükəsizliyin təmin olunması, qeyri-qanuni istismar hallarının qarşısının alınması və sahibkarlıq mühitinin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb, istismar icazəsinin alınması mexanizmləri, müraciətlərin qaydası və prosesin icrasına dair tələblər barədə məlumatlar verilib.

 

Fərmanın əhatə dairəsinə düşən qeyri-yaşayış obyektlərinin sadələşdirilmiş yolla istismarına icazə verilməsi üçün tələb olunan müvafiq sənədlərlə birlikdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə ərizə ilə müraciət etmələrinin zəruriliyini sahibkarların diqqətinə çatdırılıb. Sahibkarlar tərəfindən müraciət edilməsi qaydası və istismara icazə verilməsi prosesinin mərhələləri iştirakçılara ətraflı izah edilib.

 

Sonra mövzu ətrafında sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.