Nehrəm qəsəbəsində baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Nehrəm qəsəbəsində 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsindən 96 m² sahəsi olan yaşayış evinin 12 m² sahəsi olan 1 otağının tavan hissəsi yanıb, digər otaqları yanğından mühafizə olunub.