Naxçıvanda ilin ilk ağacəkmə aksiyası keçirilib

...

Uzunoba su anbarının yuxarı hissəsində dövlət, özəl təşkilatların nümayəndələrinin və 40-dan çox ekokönüllünün iştirakı ilə 4,3 hektar sahədə ilin ilk ağacəkmə aksiyası keçirilib.
 Aksiyada 2100 müxtəlif növ ağac tingi əkilib. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.