Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Tumbul kəndində fərdi yaşayış evində yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğın hadisə nəticəsində ümumi sahəsi 250 m² olan bir mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin bir otağının 12 m² sahəsi yanıb. Evin 238 m² olan hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə bölmələri tərəfindən yanğından mühafizə olunub.