Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetində tələbələr üçün maarifləndirici tədbir keçirilib

...

Tədbirin əsas məqsədi gənclərin fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində biliklərinin artırılması olub. 

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Maarifləndirici hissədən sonra tələbələr Nazirliyin xüsusi təyinatlı texnikaları, xilasetmə avadanlıqları və yanğınsöndürmə vasitələri ilə yaxından tanış olublar. Tələbələrə avadanlıqların təyinatı, istifadə qaydaları və fövqəladə hadisələr zamanı tətbiqi barədə məlumatlar verilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və gənclərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verib.

 

https://www.youtube.com/watch?v=BOHpDFsXAus