Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev Sədərək rayon sakinlərinin qəbulu keçiriləcək

...

30 may 2025-ci il tarixində saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Sədərək rayon sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 29 may 2025-ci il tarixində saat 11:00-dan ehtibarən Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.