Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev Şahbuz rayon sakinlərini qəbul edəcək

...

20 avqust 2025-ci il tarixində saat 10:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şahbuz rayon sakinlərinin qəbulu aparılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı 19 avqust 2025-ci il tarixində saat 10:00-dan ehtibarən Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

 

Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.