25 noyabr 2025-ci il tarixində saat 10:30-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ordubad rayon sakinlərinin qəbulu aparılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabr 2025-ci il tarixində saat 10:30-dan ehtibarən Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.