Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışı keçirilib.

...

Yarışın keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır. 

 Yarışa başlamadan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Sonra iştirakçılara idman yarışının keçirilməsinin planı, məqsədi və keçirilmə qaydaları barədə məlumat verilib.

 İştirakçılar qol güləşi və ağırlıqqaldırma idman növləri üzrə güclərini sınayıblar.

 Sonda 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar fəxri fərmanla təltif olunublar.