Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında idman yarışları keçirilib (foto)

...

Yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır. 

Yarışa başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra iştirakçılara idman yarışının keçirilməsinin planı, məqsədi və keçirilmə qaydaları barədə məlumat verilib.

 

Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından seçilən komandalar uzunluğuna və hündürlüyə tullanma, turnikdən dartınma və qaçış idman növləri üzrə yarışlarda güclərini sınayıblar.

 

Yarışda 1-ci yerə Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, 3-cü yerə isə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin komandası layiq görülüb.

 

Yer tutan komanda üzvləri fəxri fərmanla təltif olunublar.