Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

...

 Tədbirdə Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq vəzifəli şəxsləri, eləcə də yerli icra hakimiyyəti orqanlarının, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti və “Naxçıvan Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirinin keçirilməsində məqsəd yay fəslində taxıl əkin-otlaq sahələrində, eləcə də meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində mümkün yanğınların qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi olub.

 

Çıxış edənlər baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, əhalinin təhlükəsizlik qaydaları barədə maarifləndirilməsi, yaşayış məntəqələri, əkin və biçənək sahələri, meşə və yaşıllıq ərazilərində yanğın risklərinin minimuma endirilməsi istiqamətində görüləcək qabaqlayıcı tədbirlər barədə məlumat veriblər.

 

Bildirilib ki, yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması, xüsusilə açıq ərazilərdə odla ehtiyatsız davranış hallarına yol verilməməsi vacib şərtlərdəndir. Buna görə də, yanğın hallarının baş verməməsi üçün insanların, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri zəruridir.

 

Tədbirdə həmçinin yanğın-xilasetmə bölmələrinin hazırlıq vəziyyəti, xüsusi texnika və avadanlıqların sazlığı, operativ fəaliyyətin gücləndirilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.