Naxçıvan şəhərində fəaliyyət göstərən "Dekor Qrup" MMC-də “Təhlükə potensiallı obyektlərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğınsöndürmə işinin təşkili qaydaları” mövzusunda seminar-məşğələ keçirilib.
Tədbirin keçirilməsində məqsəd obyektin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, fabrikdə yaradılan mülki müdafiə qüvələri ilə qarşılıqlı əlaqədə fəaliyyətinin təşkil etməkdən ibarət olub.
Təlimin nəzəri hissəsində obyektin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib.
Praktiki hissəsində şərti yanğın zamanı “həyəcan” siqnalı verildikdən sonar müəssisənin yanğınsöndürmə manqası şərti yanğının qarşısının alınmasına cəlb olunub.
Daha sonra baş verən şərti yanğın yerinə operativ çatan Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.
Məşğələ başa çatdıqdan sonra bölmələrin “yanğının söndürülməsi” və “insanların təxliyəsi” zamanı fəaliyyətləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.