Mülki müdafiə alayının texnikalarına baxış keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə alayının avtomobil texnikalarına və aqreqatlara baxış keçirilib.

Baxış zamanı avtomobillərin texniki vəziyyəti, idarəetmə sistemlərinin sazlığı və komplektliyi yoxlanılıb.

Avtomobil texnikalarında mexanizmlərin sazlığı, yeriyən hissələrin, həmçinin avtomobillərin konstruksiyasında olan digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət yetirilib.

Baxışın məqsədi texnikalarda yaranan nasazlıqların aradan qaldırılması, yol-nəqliyyat hadisələrinin və digər bədbəxt hadisələrin qarşısının vaxtında alınması, texniki qulluğun lazımi qaydada göstərilməsi istiqamətində şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.