Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi məqsədilə nümunəvi məşğələ keçirilib.
Məşğələyə alayın müvafiq bölmələri cəlb olunub.
Məşğələ zamanı bölmələr qarşısında qoyulan tapşırıqların operativ və əlaqəli şəkildə yerinə yetirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsi, xüsusi texnika və avadanlıqlardan istifadə bacarıqları, eləcə də fövqəladə hallar zamanı çevik qərarvermə və qarşılıqlı fəaliyyət imkanları yoxlanılıb.
Qarşıya qoyulan tapşırıqların icrası zamanı şəxsi heyət müəyyən edilmiş normativləri yerinə yetirərək nəzəri bilik və praktiki bacarıqlarını nümayiş etdirib.
Bu cür məşğələlərin keçirilməsi mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və mümkün fövqəladə hallara operativ müdaxilə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.