Kəngərli və Culfa rayonlarında baş verən yanğınlar söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayon Qarabağlar kəndində ot bağlamalarında, Culfa rayon Bənəniyar kəndində otluq-kolluq, Kəngərli rayon Xok kəndində isə minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Kəngərli və Culfa Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qarabağlar kəndində baş verən yanğın hadisəsi nəticəsindən 1020 kq ot bağlaması yanıb, 680 kq ot bağlaması və tayaya yaxın məsafədə vətəndaşa məxsus 91 m² sahəsi olan fərdi yaşayış evi yanğından mühafizə olunub.

Qaz-3110 markalı minik avtomobilin isə ön təkərləri və mühərrik hissəsinin yanar konstruksiyaları yanıb, digər hissələri isə yanğından mühafizə olunub.