Kəngərli rayonunda yanan avtomobil söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon Xok kəndinin ərazisindən keçən hissəsində minik avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 Dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

 Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Lifan” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.