İstismar müddəti başa çatmış avtobusda yanğın baş verib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində istismar müddəti başa çatmış avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

 Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 Yaxınlıqdakı digər avtobuslar yanğından mühafizə edilib.

 

https://www.youtube.com/watch?v=Ee5oBPzrC2s