İdmanın yanğına tətbiqi növü üzrə yarışlar keçirilib

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyi ilə əlaqədar Dövlət Yanğından Mühafizə hissələrinin təyin olunan yanğınsöndürənləri ilə "İdmanın yanğına tətbiqi" növü üzrə yarışlar keçirilib.

Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsində keçirilən yarışların məqsədi Dövlət Yanğından Mühafizə hissələrinin şəxsi heyətinin peşə və fiziki hazırlığının yüksəldilməsi, eləcə də "Yanğın-xilasetmə idmanı"nın əməkdaşlar arasında təbliğini həyata keçirməkdir.

Yarışlardan öncə şəxsi heyətə məqsəd və təhlükəsizlik qaydaları çatdırılıb.

Yanğınsöndürənlər yarışlarda 100 metrlik maneli zolağın dəf edilməsi, qurulan üçdizli və hücum nərdivanla təlim qülləsinə qalxmaq üzrə güclərini nümayiş etdiriblər.

Yarışlar uğurla başa çatdırılıb.