“Əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Babək rayon idarə və müəssisələrin rəhbərləri, müvafiq komissiyanın üzvləri, rayonun müxtəlif kənd inzibati ərazi dairəsi üzrə nümayənədələrinin iştirakı ilə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı çıxış edərək insanların təhlükəsizliyinin təminatının sahəsində görülən işlər barədə məlumat verib.  Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə məişətdə, sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin, texnogen qəzaların sayının artdığını diqqətə çatdırıb.

Bildirilib ki, bu gün hər sahədə olduğu kimi mülki müdafiənin tədbirlərinin təmin edilməsi istiqamətində məsələlərində dövlətimizin diqqətindən kənarda qalmadığını bildirib. Vurğulanıb ki, bununla bağlı bir sıra normativ hüquqi aktlar qəbul olunub, aid qurumlar tərəfindən mülki müdafiə tədbirlərinin təşkilinə dair bir sıra tədbirlər görülüb. Bügünkü tədbirin keçirilməsi də məhz bu tədbirlər silsiləsindəndir.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Məmmədov Babək rayonu ərazisində yaradılan hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin fəaliyyəti barədə məlumat verib.

Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi daxili xidmət polkovnik-leytenantı Şıxəli Əliyev məişətdə və iş yerlərində yanğın təhlükəsizliyi  qaydalarına ciddi riayət olunmasının vacibliyindən danışıb.

Nazirliyin mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları Azadə Cəfərova və Afaq Alməmmədovanın da mövzu ətrafında çıxışları dinlənilib.