Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yürüş iştirakçılarının təhlükəsizliyini təmin edib

...

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Turizm Departamenti tərəfindən Hacadağın zirvəsinə ekstremal yürüş təşkil olunub.

 Yürüşdə idmançılar, könüllü gənclər, əcnəbi tələbələr və təşkilatçı qurumların əməkdaşları olmaqla, ümumilikdə 44 nəfər iştirak edib.

 Noyabrın 6-sı səhər saatlarında yürüş iştirakçıları Culfa rayonunun Gal kəndindən Hacadağa doğru hərəkətə başlayıblar. Dırmanışdan öncə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri yürüş iştirakçılarını təhlükəsizlik qaydaları barədə məlumatlandırıblar.

 Yürüşün sonunda təşkilatçılar tərəfindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürnamə təqdim edilib.

 Qeyd edək ki, zirvə yürüşünün əsas məqsədi Zəfər Gününün 5-ci ildönümünü qeyd etmək, şəhidlərimizin şücaətinə ehtiram göstərmək və gənclər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.