FHN Ordubad şəhər tam orta internat məktəbində təlim keçirib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Ordubad şəhər tam orta internat məktəbindəMəktəblərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil ocağının kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Sonra təlimin praktiki hissəsinə start verilib.

 Təlimdə şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

 

 https://www.youtube.com/watch?v=7qkXJU3JKMU