Evdə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində vətəndaşın evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olmuş əməliyyat məlumatına əsasən, Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupu hadisə yerinə cəlb olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə poliş əməkdaşlarının iştirakı ilə vətəndaşı köməksiz vəziyyətdə qaldığı yerdən xilas edərək “103” təcili yardım xidmətinə təhvil verilib.