Culfa şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayon Məmməd Əsgərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i azyaşlı olmaqla 2 nəfər ev sakini xilas olunub.