Culfa, Kəngərli, Şərur, Babək və Şahbuz rayonlarında baş verən yanğınlar söndürülüb

...

Dünən və bu gün Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Əbrəqunus, Kəngərli rayonu Şahtaxtı kəndlərində həyətyanı sahələrdə, Şərur rayonu Xələc, Babək rayonu Qaraqala kəndlərində ot bağlamalarında, Şahbuz rayonu Nursu, Babək rayonu Şıxmahmud kəndlərində quru otlaq sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Culfa, Kəngərli, Şərur, Babək və Şahbuz Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.