Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Cəlilkənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 260kv.m. olan dördotaqlı fərdi yaşayış evinin 28kv.m. sahəni əhatə edən otağının tavan hissəsinin yanar konstruksiyaları və içərisindəki məişət əşyaları yanıb, 232kv.m. sahəsi isə əşyaları ilə birlikdə yanğından mühafizə olunub.