Cəhri qəsəbəsində ərzaq mağazasında baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəhri qəsəbəsində ərzaq mağazasında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 Məlumatla əlaqədar dərhal Babək rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

 Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 90 m² olan mağazanın 15 m²  tavan hissə yanıb.