Cəhri qəsəbəsində minik avtomobilində baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.