Babək rayonu Nəzərabad kənd ərazisində biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti gecə saatlarında Babək rayonu Nəzərabad kənd ərazisində biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.