Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Şahbuz rayonunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Hyundai” markalı minik avtomobilinin qapılarının kilidlənməsi nəticəsində sürücü və sərnişin avtomobildə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər qapıları bağlanan avtomobilin qapısını açaraq xəsarət alanları təcili tibbi yardım briqadasına təhvil veriblər.