Avqust ayında 72 yanğın hadisəsinə çıxış olub

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Belə ki, 2024-cü ilin avqust ayı ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 13113 zəng dахil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb. Daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 72 yanğın hadisəsinə çıxış olub. 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

1 ədəd döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. İntensiv yağışlar səbəbindən fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su basması ilə əlaqədar 2 məlumat daxil olub. Nazirliyinin qüvvələri həmin ərazilərə cəlb olunaraq yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Uzunoba çimərliyində vətəndaşın təhlükəsiz istirahəti təmin olunub. Çimərlik ərasisində suda boğulma təhlükəsi ilə üzləşən 1 nəfər vətəndaş xilasedicilər tərəfindən xilas edilərək ilkin tibbi yardım göstərilib.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 1100 nəfərin iştirakı ilə silsilə tədbirlər keçirilib.