Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarında da 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib.
Tədbirlərdə öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin hər bir vətəndaş üçün qürur mənbəyi olduğu qeyd olunub, bu Qələbə ilə dövlət başçısı tərəfindən daha qüdrətli və çiçəklənən yeni Azərbaycanın qurulması istiqamətində tarixi dövrün başlandığı vurğulanıb.